NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

Maqdalena Qrono: yolların açılması və əməkdaşlığın qurulması bütün region üçün əhəmiyyətlidir

...

“Hazırda Azərbaycan və Ermənistan arasında tammiqyaslı normallaşma üçün yeni imkanların açıldığı çox vacib bir dövrdən keçirik.”

Bu fikirləri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Naxçıvana səfərinin məqsədini şərh edərkən bildirib. Onun sözlərinə görə, yolların açılması və əməkdaşlığın qurulması bütün regionun rifahı üçün böyük əhəmiyyət daşıyır.

Xüsusi nümayəndə əlavə edib: “Mən Avropa İttifaqı adından regional əməkdaşlıq və normallaşma səylərinin bütün aspektlərini dəstəkləmək mandatına malikəm. Biz tərəfdaş kimi həm Azərbaycana, həm də Ermənistana regional əlaqələrin qurulması, nəqliyyat dəhlizləri və digər sahələrdə dəstək veririk və əməkdaşlığı davam etdirməyə hazırıq.”

Nəşr edilib : 01.09.2025 16:25