Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
Maltanın xarici işlər, Avropa məsələləri və ticarət naziri Yan Borq ABŞ Prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərib.
“Şərq qapısı” xəbər verir ki, maltalı nazir Donald Trampın Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasında rolunu əsas gətirərək mükafata namizəd göstərdiyini bildirib.
“Mən 2024-cü ildə ATƏT-ə rəhbərlik etmiş şəxs kimi Ermənistan və Azərbaycan arasındakı münaqişədə çoxlu insanlarla işləmişəm. ABŞ Prezidentinin sayəsində bu yay nəhayət iki ölkə arasında sülh (sülh sazişinin paraflanması – red.) əldə olundu”, - deyə Yan Borq vurğulayıb.
Digər xəbərlər