Prezidentin sosial şəbəkə hesablarında Xalq şairi ...
21:28 01.08.2026
0
0
0
Macarıstanda davam edən güclü istilər fonunda ölkənin su və enerji sistemlərinin dayanıqlığını təmin etmək məqsədilə hökumət fövqəladə qərargahın iclasını keçirib.
“Şərq qapısı” xəbər verir ki, Baş nazir Peter Macyarın sədrliyi ilə keçirilən müşavirədə rekord istilərin yaratdığı risklər, su ehtiyatlarının azalması və elektrik enerjisinə tələbatın artması diqqət mərkəzində olub.
Hökumət əhalinin fasiləsiz su və enerji ilə təmin olunması üçün təxirəsalınmaz tədbirlərin görüləcəyini bildirib. Səlahiyyətlilər vətəndaşları sudan qənaətlə istifadə etməyə, elektrik sərfiyyatını azaltmağa və rəsmi xəbərdarlıqlara əməl etməyə çağırıblar.
Meteoroloqlar isə yaxın günlərdə yüksək temperaturun davam edəcəyini, vəziyyətin isə daimi nəzarətdə saxlanıldığını bildirirlər.
Digər xəbərlər