NAXÇIVAN :

05 Iyun 2025, Cümə axşamı

Maarifləndirici tədbir keçirilib

...

Babək rayon Xəlilli kənd tam orta məktəbində “Konstitusiya və Suverenlik İli” və “İnsan hüquqları aylığı” çərçivəsində “Erkən nikah uşaq hüquqlarının pozulmasıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.
Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Vüsal Mirzəliyev tədbir iştirakçılarına tədbirin mahiyyəti barədə məlumat verib. 
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Uşaq problemləri şöbəsinin müdiri Gülər Əhmədova təqdimatla çıxış edərək bildirib ki, nikah yaşından az olan yeniyetmələrin ailə qurmağa təhrik edilməsi qadın və uşaq hüquqlarının kobud şəkildə pozulması deməkdir. Erkən nikah hallarının və qohum evliliklərinin qarşısının alınması istiqamətində ölkə qanunvericiliyində cəzaların sərtləşdirilməsi gələcəkdə bu halların təkrarlanmamasına və sağlam nəslin formalaşmasına hesablanıb. Gülər Əhmədova əlavə edib ki, erkən nikahlar təkcə hüquqi deyil, həm də psixoloji və sosial baxımdan mənfi nəticələr doğurur. O, cəmiyyətin bütün təbəqələrinin bu məsələ ilə bağlı daha məsuliyyətli yanaşmasının vacibliyini vurğulayıb.
Babək Rayon Təhsil Şöbəsinin əməkdaşı Rasim Eyvazov erkən nikahın fəsadlarından danışaraq mövzunun cəmiyyət üçün vacibliyini vurğulayıb və bu kimi halların qarşısının alınmasında təhsilin rolunu xüsusi qeyd edib.
Daha sonra tədbir diskussiya şəklində davam edib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Tədbirdə müvafiq mövzuda maarifləndirici broşürlər paylanılıb, posterlər kənd mərkəzinin elan lövhələrinə yerləşdirilib.

Nəşr edilib : 03.06.2025 17:53