NAXÇIVAN :

06 May 2025, Çərşənbə axşamı

Maarifləndirici tədbir keçirilib

...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Naxçıvan Mediasiya Təşkilatının və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Mediasiyanın perspektivləri: boşanmaya qədər uşaqların hansı valideynlə yaşaması məsələsində razılıq” mövzusunda maarifləndirici tədbir keçirilib. 
Tədbiri giriş sözü ilə açan Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Kamal İsmayılov keçirilən tədbirin əhəmiyyətini vurğulamışdır. Daha sonra komitənin Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Firuzə Hüseynova çıxış edərək Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması, uşaqların saxlanılması üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulması mövzularından bəhs etmişdir. F.Hüseynova bundan başqa cəmiyyətimizin ən həssas və kövrək təbəqəsi olan uşaqların hüquqlarının qorunmasına Azərbaycan dövləti tərəfindən daim ciddi münasibət bəslənildiyini qeyd edərək təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirildiyini, bu istiqamətdə  mühüm addımlar atılaraq kompleks qanunvericilik, institusional və praktiki tədbirlər görüldüyünü vurğulamışdır. 
Daha sonra Naxçıvan Mediasiya Təşkilatının mediatoru Orxan Abbasov çıxış edərək ailə dəyərləri və mediasiya ilə bağlı fikirlərini diqqətə çatdırmış, mediasiya institutunun müvafiq sahədə həyata keçirdiyi fəaliyyətlər barədə məlumat vermiş, milli dəyərlər, mediasiya və hüquq sisteminin həyata keçirilməsindən ətraflı bəhs etmişdir.

Nəşr edilib : 06.05.2025 19:34