NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

London COP29 ərəfəsində təmiz texnologiyaların təşviqi üzrə Bakı ilə işləməyə hazırdır

...

Böyük Britaniya BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının noyabr ayında Bakıda keçiriləcək 29-cu sessiyası (COP29) ərəfəsində iqtisadi artım üçün təmiz texnologiyaların təşviqi üzrə Azərbaycanla işləməyə hazırdır.

Bu barədə Böyük Britaniyanın İstanbuldakı baş konsulu, Şərqi Avropa və Mərkəzi Asiya üzrə ticarət komissarı Kənan Poleonun videomüraciətində deyilir.

“Böyük Britaniyanın biznes mühiti yeni, innovativ və ekoloji cəhətdən təmiz sənaye sahələrinin təşviqində Azərbaycana dəstək verməyə hazırdır”, - o deyib.

K.Poleonun sözlərinə görə, son 30 il ərzində Böyük Britaniya və Azərbaycan enerji sektorunda sıx əməkdaşlıq edib, lakin bu əməkdaşlığı yeni səviyyəyə çıxarmağın vaxtı çatıb.

Nəşr edilib : 06.08.2024 19:31