NAXÇIVAN :

10 Avqust 2026, Bazar ertəsi

Lerik-Lənkəran sərhədində zəlzələ olub

...

Avqustun 10-da Lerik-Lənkəran sərhədində zəlzələ qeydə alınıb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, maqnitudası 3 olan zəlzələ yerli vaxtla saat 16:00-da qeydə alınıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 31 kilometr olub.

Yeraltı təkanlar hiss edilməyib.

Nəşr edilib : 10.08.2026 16:53