Ulu Öndər Heydər Əliyev və Azərbaycan dili
17:29 21.04.2025
0
0
0
Abşeron Olimpiya İdman Kompleksində U-14 yeniyetmələr arasında cüdo üzrə liqa yarışının I turu start götürüb. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə, turnirdə 101 klub və idman cəmiyyətindən 545 cüdoçu (449 oğlan, 96 qız) mübarizəyə qoşulub.
Naxçıvan Muxtar Respublikasından yarışa məşqçi Orxan Quliyevin rəhbərliyi ilə 3 idmançı qatılıb. Onlardan yalnız biri mükafatçılar sırasına düşməyi bacarıb. Belə ki, Ləman Bağırova 36 kq çəki dərəcəsində gümüş medalçı olub. İdmançı 5 görüş keçirib və yalnız final görüşündə məğlubiyyətlə üzləşib. Ləman bu nəticə ilə liqada yüksək reytinq qazanma yolunda önəmli başlanğıca nail olub.
Qeyd edək ki, cari ildə U-14 Liqa yarışının dörd turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq cədvəli formalaşacaq.
Digər xəbərlər