NAXÇIVAN :

03 Iyun 2025, Çərşənbə axşamı

Lavrov və Mirzoyan Ermənistan-Azərbaycan sülh sazişi mətninin razılaşdırılmasında irəliləyişi müzakirə ediblər

...

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla regional gündəliyi müzakirə edib.
“Şərq qapısı” xəbər verir ki, bu barədə Rusiya XİN-in nazirlərin telefon danışığının yekunlarına dair yaydığı məlumatda bildirilib.
"Xarici siyasət idarələrinin rəhbərləri ikitərəfli, regional və qlobal gündəliyin aktual məsələlərini müzakirə ediblər. İrəvan və Bakı arasında sülh sazişinin mətninin razılaşdırılmasında Moskvanın yüksək qiymətləndirdiyi irəliləyiş qeyd olunub", - məlumatda vurğulanıb.

Nəşr edilib : 24.03.2025 17:47