NAXÇIVAN :

02 May 2026, Şənbə

Latviya Prezidentinin Azərbaycana səfəri başa çatıb

...

Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 23-də başa çatıb.

"Şərq qapısı" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Latviya Prezidenti Edqars Rinkeviçsi Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola saldılar.

Nəşr edilib : 23.04.2026 11:35