İsa Həbibbəyli: Auditorlar Palatası bazar iqtisadi...
13:06 16.09.2026
0
0
0
NAXÇIVAN :
16 Sentyabr 2026, Çərşənbə
Hazırda dünyada mühüm proseslər baş verir, qlobal risklər artır. Biz bir sıra geosiyasi risklərlə qarşı-qarşı olduğumuz və regional inteqrasiya layihələrinin xüsusi əhəmiyyət qazandığı bir dövrdən keçirik.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu deyib.
Onun sözlərinə görə, belə layihələrdən biri Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əlaqələrin, xüsusilə iqtisadi və ticarət münasibətlərinin inkişafına imkan yaradır. Kürşad Zorlu qeyd edib ki, Bakıda keçirilən “Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı” çərçivəsində planlaşdırılan layihələri ölkələrində tətbiq etməyə çalışacaqlar.
“TDT-yə üzv ölkələrin illik ümumi daxili məhsulunun məcmusu 2,4 trilyon dollara çatıb. Bu göstərici Türk Dövlətləri Təşkilatını dünyanın ən böyük 10 iqtisadiyyatından birinə çevirir. Qarşıdakı dövrdə türk dövlətləri arasında iqtisadi inteqrasiya yalnız regional əməkdaşlığımız baxımından deyil, həm də qlobal miqyasda böyük əhəmiyyət daşıyır. Biz istəyirik ki, qarşıdakı dövrdə xarici ticarətimizi sürətlə artıra biləcək ortaq xarici ticarət platformasını qısa müddətdə həyata keçirək. Türkiyə olaraq bu istiqamətdə “Karavan” adlı layihə hazırlamışıq. Digər dövlətlərimizin təkliflərini də birlikdə qiymətləndiririk. Rəqəmsal platforma istifadəyə verildikdən sonra Türk dövlətlərində fəaliyyət göstərən şirkətlər öz məhsullarını həm qarşılıqlı bazarlarda, həm də dünya bazarlarında təqdim etmək imkanına malik olacaq”, – deyə o bildirib.
Digər xəbərlər