NAXÇIVAN :

21 Iyul 2026, Çərşənbə axşamı

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

...

Milli Hidrometeorologiya Xidməti iyulun 19-20-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Xidmətdən “Şərq qapısı”na bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan Muxtar Respublikası, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Füzuli, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Saatlı, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Daşkəsən, Goranboy, Naftalan və Gəncədə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 metr/saniyə təşkil edəcək.

Nəşr edilib : 18.07.2026 13:47