NAXÇIVAN :

30 Aprel 2025, Çərşənbə

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq

...

Aprelin 29-30-da Naxçıvan Muxtar Respublikasında gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata görə, sarı xəbərdarlığa uyğun olaraq muxtar respublikanın bütün rayonlarında, eləcə də Naxçıvan şəhərində fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13,9-20,7 m/san təşkil edəcək. Sarı xəbərdarlığa uyğun olaraq ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka risklər gözlənilir.

Nəşr edilib : 29.04.2025 21:17