Naxçıvan Muxtar Respublikasında 23 noyabra gözləni...
23:45 22.11.2024
0
0
0
NAXÇIVAN :
23 Noyabr 2024, Şənbə
“Estafet” Gənclərin İctimai Birliyi “Könüllülük pedaqogikasının öyrənilməsi” adlı layihəsinin icrasını davam etdirir.
Layihə çərçivəsində oktyabrın 10-da Naxçıvan Gənclər Mərkəzində seminar keçirilib.
Layihənin rəhbəri Arzu Qasımov çıxış edərək bildirib ki, könüllülük fəaliyyətinin pedaqoji əsaslarının öyrənilməsi və bu fəaliyyətin pedaqoji mahiyyətinin gənclərə aşılanması layihənin əsas məqsədidir.
Sonra seminara start verilib. Seminar pedaqogika üzrə fəlsəfə doktoru Vahid Rzayevin təqdimatında “Müasir pedaqogika nöqteyi-nəzərdən gənclərin könüllü fəaliyyəti” və “Könüllülüyün pedaqoji ölçüsü” mövzusunda baş tutub.
Seminarda mütəxəssis qeyd edib ki, könüllülük təkcə başqalarına kömək etmək və cəmiyyətə töhfə vermək deyil, həm də tələbələr və məktəblilər arasında öyrənmə, şəxsi inkişaf və dəyərlərin formalaşması üçün güclü vasitədir. Könüllü fəaliyyətlərdə iştirak etmək gənclərə dəstəyə ehtiyacı olanlara kömək etmək imkanı verməklə yanaşı, onlara təhsil və fərdi inkişaf baxımından bir çox üstünlüklər verir.
O vurğulayıb ki, könüllülük və təhsil bir-biri ilə sıx bağlıdır və bir-birini tamamlayır. Könüllü fəaliyyətlərdə iştirak yalnız başqalarına fayda vermir, həm də şəxsiyyəti zənginləşdirir, uğurlu həyat və karyera üçün zəruri olan bacarıq və keyfiyyətləri inkişaf etdirir.
Qeyd olunub ki, könüllülüyün pedaqoji komponentinə sosial səriştə funksiyaları, habelə mülki, hüquqi və mədəni səriştə, komanda qurmaq funksiyası, peşəkar uyğunlaşma, karyera və özünütəhsil funksiyaları daxildir. Könüllülüyün tərbiyəvi təsiri sosial-motivasiya, innovativ-təşəbbüs, ahəngdarlıq, humanist əmək, dəyər-dünyagörüşü, özünütəşkiletmə, öz müqəddəratını təyinetmə, özünütərbiyə funksiyaları kimi funksiyalarda ifadə olunur.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, tərəfdaşları Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan filialı və Naxçıvan Müəllimlər İnstitutudur.
Digər xəbərlər