NAXÇIVAN :

21 Aprel 2025, Bazar ertəsi

“Konstitusiya və Suverenliyimiz xalqımızın milli sərvətidir” adlı tədbir olub

...

Şərur rayonunda keçirilən  “Konstitusiya və Suverenlik İli” və “Naxçıvan Muxtar Respublikasının 101 illiyi”nə həsr olunmuş tədbirdə  öncə  Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbiri  Şərur Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səfər Hüseynov açaraq bildirib ki, ölkə Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm əhəmiyyət kəsb edən bir hadisədir. 
Tədbirdə Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının sədri Əmir Babayev, Şərur Rayon Prokurorluğunun böyük müstəntiqi Jalə İbrahimova çıxış ediblər. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyamızın qəbul olunması tarixindən danışıblar.  
 Bildirib ki, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətin hüquqi əsaslarını formalaşdırdı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiya Azərbaycanın müstəqilliyini möhkəmləndirən və onun gələcək inkişaf yolunu müəyyən edən əsas sənəd kimi tarixə düşdü.
Sonda  Naxçıvan Televiziyasının hazırladığı videoçarx nümayiş olunub.

Nəşr edilib : 08.02.2025 12:52