Fransa Parlamentinin Bakı Təşəbbüs Qrupuna qarşı q...
21:12 15.04.2025
0
0
0
Bəhruz Kəngərli Muzeyində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş açıq dərs keçilib. Dərsdə Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak edib.
Açıq dərsi muzeyin direktoru Səbinə Əlincəli açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması tarixi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının imzaladığı Sərəncam Konstitusiyamıza və dövlət suverenliyinə ali ehtiram və dəyərin ifadəsidir.
Açıq dərsdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin əməkdaşı, Naxçıvan Dövlət Universitetinin Ümumi hüquq kafedrasının müəllimi Yunis Xəlilov “Azərbaycan Respublikasının Konstitusiyası müstəqilliyimizin əsasıdır” mövzusunda çıxış edərək hüquqi dövlət quruculuğunda Konstitusiyanın rolu və suverenliyin bərpasının siyasi əhəmiyyətindən danışıb, milli suverenliyin bərpası və möhkəmləndirilməsi prosesindən bəhs edib.
Sonda şagirdlər muzeyin ekspozisiyası ilə tanış olublar.
Digər xəbərlər