NAXÇIVAN :

16 Aprel 2025, Çərşənbə

"Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş növbəti solo konsert keçirilib

...

Culfa rayon Bənəniyar kənd uşaq musiqi məktəbinin saz ixtisası üzrə müəllimi Aydın Quliyevin V sinif  şagirdi Əziz Əliyevin solo konserti keçirilib.
Bənəniyar kənd uşaq musiqi məktəbinin direktoru Nazil Qulusoy çıxış edərək ölkəmizdə aşıq sənətinə verilən qiymətdən, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sənətə diqqət və qayğısının nəticəsi olaraq aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsini vurğulayıb.
 Konsertdə məktəb şagirdlərinin ifalarında aşıq musiqi nömrələri ilə yanaşı, dastanlardan  parçalar səsləndirilib.
Tamaşaçılar tərəfindən alqışlarla qarşılanan tədbirin sonunda məktəbin saz ixtisası üzrə müəllimi Aydın Quliyev təşəkkürnamə ilə  təltif edilib.

Nəşr edilib : 12.04.2025 11:16