Prezident və birinci xanımın Ağdərəyə səfərinin gö...
23:15 18.03.2025
0
0
0
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmiş və təsdiq olunmuş Tədbirlər Planına əsasən il ərzində çoxsaylı yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Tədbirlər Planının icrasına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar Şahbuz Rayon Mərkəzi Xəstəxanasında humanitar tibbi aksiya təşkil edilib. Aksiyada Naxçıvan Muxtar Respublika Xəstəxanasından 13 nəfər peşəkar həkim heyəti və Bakıdan dəvət olunmuş bir nəfər həkim-cərrah iştirak edib. Rayon sakinlərinə Nevropatoloji, Kardioloji, endokrinoloji, LOR, Oftolmoloji və digər sahələr üzrə tibbi xidmət göstərilib.
Ümumilikdə, aksiya zamanı 183 nəfər 450 müayinə və müalicə prosedurundan keçib, 2 nəfərdə kiçik cərrahi müdaxilə aparılıb.
Qeyd edək ki, Ordubaddakı aksiyada Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzin həkim heyəti iştirak edib. Rayon sakinlərinin mama-ginekoloq, pediatr həkimləri tərəfindən müayinə və müalicəsi həyata keçirilib, eləcə də USM və laboratoriya analizləri aparılıb.
“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar olaraq bu cür aksiyalar növbəti aylarda da təşkil olunacaq.
Digər xəbərlər