NAXÇIVAN :

27 Aprel 2025, Bazar

“Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti məlumat sessiyası Naxçıvanda fəaliyyət göstərən media nümayəndələri üçün təşkil edilib

...

Aprelin 25-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Medianın İnkişafı Agentliyi Hüquq və İnsan Haqları İnstitutu ilə birgə Naxçıvanda fəaliyyət göstərən media nümayəndələri üçün “Konstitusiya ali hüquqi sənəd kimi: əsas insan hüquq və azadlıqlarının Azərbaycan Respublikasının Konstitusiyasında təminatı” mövzusunda məlumat sessiyası təşkil edilib.
Tədbirin açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova vurğulayıb ki, sessiyanın keçirilməsində əsas məqsəd jurnalistlərin hüquqi biliklərinin artırılması və konstitusion əsaslarla bağlı maarifləndirici fəaliyyətlərin genişləndirilməsidir. O qeyd edib ki, informasiya yayımında qanunvericiliyi

n tələblərinə əməl olunması, habelə hüquqi çərçivədə fəaliyyətin təşkili cəmiyyət və dövlət üçün mühüm əhəmiyyət daşıdığından belə sessiyaların keçirilməsi xüsusilə önəmlidir.
Tədbir çərçivəsində Hüquq və İnsan Haqları İnstitutunun təlimçi-ekspertləri Zümrüd Əlizadə və Heydər Həsən oğlu Əliyev tərəfindən təqdimatlar keçirilərək universal insan hüquqları, Azərbaycan Respublikasının 1995-ci il Konstitusiyasında təsbit olunmuş əsas hüquq və azadlıqlar, habelə insan və vətəndaş hüquqlarının təminatı, eləcə də milli və beynəlxalq hüquq müdafiə mexanizmləri barədə ətraflı məlumat verilib.
Məlumat sessiyası interaktiv şəkildə davam edib, iştirakçılarla geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Nəşr edilib : 25.04.2025 17:58