Su çərşənbəsi
23:54 24.02.2025
0
0
0
NAXÇIVAN :
25 Fevral 2025, Çərşənbə axşamı
24 fevral 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Kəngərli rayon Qıvraq qəsəbəsində “Nikah və din” mövzusunda maarifləndirici tədbir keçirilib.
Kəngərli Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlərlə iş şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Kənan Məmmədov tədbiri giriş sözü ilə açaraq “Nikah və din” mövzusunda maariflənmə işinin əhəmiyyətini qeyd edib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova tədbirdə çıxış edərək bildirib ki, “Nikah və din” mövzusu müxtəlif mədəniyyət və inanclarda önəmli bir yer tutur. Bu prosesdə kişi və qadın könüllü razılıq əsasında ailə qururlar. Nikah həm də cəmiyyətin əsas dayağı olan ailənin qurulması və nəsil artırma kimi məqsədləri daşıyır. Tarixən formalaşmış ailə dəyərlərindən, eləcə də qohum evliliyinin və erkən nikahların fəsadlarından danışan Aytən Məmmədova onu da əlavə edib ki, din xadimləri də bu məsələlərdə həssas olmalı, ölkə qanunvericiliyinə uyğun işlərini qurmalıdırlar.
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin əməkdaşı Pəri Heydərova qeyd edib ki, dinlərdə nikah insanları birləşdirən mənəvi bir bağ olaraq görülür və cəmiyyətdə ahəng və nizamın qorunmasında mühüm rol oynayır. Burada diqqət yetirilməli məqamlar ondan ibarətdir ki, din xadimləri də erkən və qohum evliliklərinin yolverilməzliyini təbliğ etməlidirlər. Sevindirici haldır ki, erkən nikah hallarının və qohum evliliklərinin qarşısının alınması istiqamətində ölkə qanunvericiliyində cəzalar sərtləşdirilir.
Kəngərli Rayon Dini İcmasının sədri Mirşəmsəddin Seyidov mövzu ilə bağlı maarifləndirmə tədbirlərinin təşkilinə görə dövlətimizə minnətdarlıq edib.
45 nəfərin cəlb edildiyi tədbir diskussiya xarakterli olub.
Digər xəbərlər