"Konstitusiya və Suverenlik İli” çərçivəsində "Kon...
21:29 29.04.2025
0
0
0
NAXÇIVAN :
29 Aprel 2025, Çərşənbə axşamı
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi fəaliyyət planına uyğun olaraq gənclərin təmsil olunduğu təşkilatlarla əlaqələrin gücləndirilməsi və bu sahədə dəstək mexanizminin həyata keçirilməsinə xüsusi yanaşır, qanunvericiliyin tələbləri və öz səlahiyyətləri daxilində müvafiq işləri həyata keçirir.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Müəllimlər İnstitutunun (NMİ) tələbə təşkilatları ilə keçirilən görüş həm bu, həm də hüquqi maarifləndirmə məqsədinə xidmət edib.
Tədbiri giriş sözü ilə açan NMİ-nin ümumi işlər üzrə prorektoru Xəyal Camalov görüşün əhəmiyyətindən bəhs edib, məlumat üçün bildirib ki, ali təhsil ocağında 3 tələbə təşklilatı fəaliyyət göstərir. Tələbə-müəllim heyəti daxil olmaqla institutdakı gənclərin təhsil sahəsindəki uğurları ilə yanaşı, ictimai fəallığına, cəmiyyətdəki faydalı fəaliyyətinə diqqətçəkən prorektor görüşün xüsusən tələbələr üçün yeni istiqamətlərə yol açacağına inamını ifadə edib.
Nazirlik Aparatının rəhbəri İlhamə Nəzərova Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən bəhs edib, təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri və gənclər üçün yaradılan imkanlar barədə məlumat verib. “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar gənc nəslin hüquqi maarifləndirməsi, vətənpərvərlik və vətəndaşlıq nümunəsində formalaşmasına xidmət edən tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb. Əlavə olunub ki, görüşün əsas məqsədi gənclər təşkilatları ilə işi təkmilləşdirmək və yeni inkişaf müstəvisinə daşımaqdır.
Tədbirdə gənclərin hüquq və öhdəlikləri, vətənpərvərlik missiyası, ictimai və sosial baxışları, karyera imkanları, könüllü fəaliyyəti və digər istiqamətlər üzrə müzakirələr aparılıb, iştirakçıların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar nazirlik əməkdaşları tərəfindən ətraflı şəkildə cavablandırılıb.
Sonda tələbələr görüşün təşkilinə görə təşəkkür edib, müzakirələrin effektiv nəticələr verəcəyinə inam ifadə olunub.
Digər xəbərlər