NAXÇIVAN :

24 Aprel 2025, Cümə axşamı 20:34

"Konstitusiya və Suverenlik İli” çərçivəsində intellektual oyun keçirilib

...

Babək Rayon Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən əməkdaşların iştirakı ilə 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan olunması münasibətilə intellektual oyun keçirilib. İntellektual oyunda “Zəfər”, “Buta”, “Nəqşicahan”, “Şəms”, “Əlincə” və “Şuşa” komandaları iştirak edib. 
İki turdan təşkil olunmuş oyunda III yerə “Nəqşicahan” komandası, II yerə “Əlincə” komandası və I yerə İsmayıllı Vüsalə, Səmədli Nurşən, Əsgərova Zeynəb, Novruzlu Jalənin təmsil olunduğu “Şəms” komandası layiq görülüb. Qalib komandaların üzvlərinə Babək Rayon Mədəniyyət İdarəsinin diplomları təqdim edilib.

Nəşr edilib : 08.04.2025 18:32