NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

...

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olub.

"Şərq qapısı" xəbər verir ki, Məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Konstitusiyanın 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci və 139-cu maddələrinin şərh edilməsinə dair Baş Prokurorluğun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Sorğuya mahiyyəti üzrə tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 2-nə təyin edilmiş iclasında baxılacaq.

Nəşr edilib : 07.01.2026 16:52