Naxçıvan Muxtar Respublikasının yeni kənd təsərrü...
21:43 21.05.2025
0
0
0
NAXÇIVAN :
21 May 2025, Çərşənbə
“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Konstitusiya Marafonu” layihəsinin “Konstitusiya Olimpiadası” mərhələsi keçirilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrindən ibarət ümumilikdə altı komandanın yarışdığı olimpiadanın ilk mərhələsində komandalara Azərbaycan Respublikasının Konstitusiyası əsasında hazırlanmış 30 test sualı təqdim olunub. Uğur qazanmış 5 komanda növbəti mərhələdə iştirak etmək hüququ qazanıb. Nə? Harada? Nə zaman? formatında keçirilən növbəti mərhələdə komandaların konstitusion bilikləri təqdim olunmuş 20 sualla yoxlanılıb. İkinci mərhələnin qalibi olan “Respublikaçılar“ və “Həqiqət“ komandalarının iştirakı ilə olimpiadanın final mərhələsi olan debat baş tutub. Debat fərdi hüquqlar və dövlət maraqları arasında balans: üstünlük kimdədir mövzusu ətrafında həyata keçirilib. Debatın qalibi olmuş “Respublikaçılar“ komandası olimpiadanın qalibi statusunu qazanıb.
Qalib komanda “Konstitusiya Marafonu” layihəsinin bağlanış mərasimində mükafatlandırılacaq.
Qeyd edək ki, layihənin növbəti mərhələlərində məhkəmə simulyasiyası, konstitusiya normalarının tətbiqi üzrə səhnələşdirmə ilə yanaşı, tələbələrin hakimlərlə görüşləri, sual-cavab və panel müzakirələr həyata keçiriləcək.
Naxçıvan Muxtar Respublikası
Ali Məhkəməsinin mətbuat xidməti
Digər xəbərlər