NAXÇIVAN :

11 Sentyabr 2026, Cümə

Konqresmen Darrell İssa: ABŞ və Türkiyənin ortaq maraqları böyük əhəmiyyət daşıyır

...

Ağ Evin rəhbəri Donald Tramp Türkiyəyə qarşı sanksiyalar məsələsində artıq qərarını verib. Faktiki olaraq heç bir məhdudiyyət yoxdur. ABŞ və Türkiyə liderləri arasında təmaslar davam edir. Ən yüksək səviyyədə çox müsbət şəxsi dialoq mövcuddur.

"Şərq qapısı" xəbər verir ki, bunu iki gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilmiş ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Darrell İssa Ankarada jurnalistlərə açıqlamasında bildirib.

ABŞ Konqresinin Respublikaçılar Partiyasından olan konqresmen Donald Tramp ilə Rəcəb Tayyib Ərdoğan arasında növbəti şəxsi görüşün bu ayın sonunda ABŞ-də keçirilə biləcəyini istisna etməyib. Türkiyə lideri BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün ABŞ-yə səfər edəcək.

“Ortaq maraqlarımız həqiqətən böyük əhəmiyyət daşıyır”, – deyə D.İssa vurğulayıb. O, beşinci nəsil F-35 qırıcı təyyarələri və S-400 kompleksi məsələlərinin Vaşinqton ilə Ankara arasındakı münasibətlərin gündəliyində mühüm yer tutduğunu bildirib.

“F-35-lərlə bağlı vəziyyət ictimaiyyətə məlum olduğundan fərqlidir. İnsanlar düşünürlər ki, təyyarələrin tədarükü dayandırılıb. Xeyr, bu, belə deyil. Həqiqətən də, yerinə yetirilməmiş sifarişlərin böyük bir siyahısı var”, – deyə konqresmen bildirib.

Türkiyənin silahlanmasında olan S-400 zenit-raket komplekslərinin gələcəyi ilə bağlı suala cavab verən amerikalı qanunverici bu məsələnin Türkiyə ilə ABŞ arasında geniş müzakirə edildiyini qeyd edib.

Nəşr edilib : 11.09.2026 16:18