Naxçıvan Dövlət Universitetində "Müasir filologiya...
20:51 21.12.2024
0
0
0
NAXÇIVAN :
21 Dekabr 2024, Şənbə
18 dekabr 2024-cü il tarixdə keçirilən təlimə Sədərək rayonunda fəaliyyət göstərən bələdiyyələrin məsul şəxsləri cəlb ediliblər.
Sədərək Rayon İcra Hakimiyyətinin əməkdaşı İman Məmmədhəsənli tədbiri giriş sözü ilə açaraq genderlə bağlı keçirilən təlimin əhəmiyyətini qeyd edib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Firuzə Hüseynova ölkəmizdə gedən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, demokratiyanın inkişafında qadınların fəal iştirakından danışıb. Bildirilib ki, Bələdiyyələrdə Gender Komissiyalarının yaradılmasının əsas məqsədi yerli idarəetmənin genderə həssas yanaşma və gender bərabərliyi prinsipləri üzərində qurulmasının təşviqi, yerlərdə baş verə biləcək gender əsaslı zorakılıq hallarının vaxtında qarşısının alınması və müvafiq tədbirlərin görülməsidir.
Komitənin aparıcı məsləhətçisi Zərnigar Orucəliyeva təqdimatla çıxış edərək genderə məsul şəxslərin vəzifə və öhdəlikləri barədə ətraflı məlumat verib. Qadın və kişilər arasında sosial bərabərliyin gender bərabərliyi kimi qəbul edildiyi diqqətə çatdırılıb.
Təlimin sonunda Sədərək rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, rayon bələdiyyəsinin üzvü Kəmalə Əliyeva müvafiq komissiyaların yaradılmasının əhəmiyyətindən danışıb.
40 nəfərin yararlandığı təlimdə mövzu ilə bağlı broşürlər paylanılıb.
Digər xəbərlər