NAXÇIVAN :

22 Dekabr 2024, Bazar

Komitə tərəfindən tələbələr maarifləndirilib

...

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı "Təbliğat-100" layihəsi çərçivəsində Naxçıvan Dövlət Texniki Kollecində “İnformasiya cəmiyyəti: sosial şəbəkələr və ailə dəyərlərimiz” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov və kollecin müəllimi Ruzigar Əliyeva müasir cəmiyyətin mühüm tərkib hissəsinə çevrilən sosial şəbəkələrin ailə dəyərlərimizə həm müsbət, həm də mənfi mənada təsir göstərdiyini qeyd edib, qloballaşma dövründə ailə dəyərlərimizin yad təsirlərdən qorunmasının əhəmiyyətini vurğulayıblar. 
Təqdimatla çıxış edən Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparıcı məsləhətçisi Zərnigar Orucəliyeva müasir dünyada texnologiyanın və internetin insanların həyatında, xüsusən də sosial münasibətlərdə böyük rol oynadığını diqqətə çatdırıb. Bildirilib ki, ailə dəyərlərini qoruyaraq sosial şəbəkələrdən düzgün və məsuliyyətli şəkildə istifadə etməklə, həm müasir dövrün imkanlarından faydalana ,  həm də ənənəvi ailə dəyərlərini yaşada bilərik.
Kollecin tələbələrinin cəlb edildiyi tədbirdən 95 nəfər yararlanıb.

Nəşr edilib : 25.10.2024 16:20