NAXÇIVAN :

24 Noyabr 2024, Bazar

Komitə tərəfindən növbəti maarifləndirici seminar keçirilib

...

"Şərq qapısı" xəbər verir ki, uşaq müəssisələrində sanitar-gigiyenik vəziyyətlə bağlı Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilən maarifləndirici seminarlar davam etdirilir. Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi çərçivəsində növbəti seminar Ordubad şəhərində keçirilib.
Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Abbas Məmmədli, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Gülər Əhmədova, Ordubad Rayon Təhsil Şöbəsinin əməkdaşı Ülviyyə Əliyeva və Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin Culfa Regional Mərkəzinin sanitar-həkimi Təranə Fərzəndova çıxış edərək uşaq müəssislərində sanitar-gigiyenik vəziyyətin daim nəzarətdə saxlanmasının əhəmiyyətini qeyd ediblər. Çıxışlar zamanı uşaq sağlamlığının qorunmasının dövlətin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biri olduğu, Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinin pozulmasına görə məsul olan şəxslərin hüquqi məsuliyyət daşıdıqları diqqətə çatdırılıb.
Ordubad rayonunda fəaliyyət göstərən dövlət uşaq müəssisələrinin sanitar-gigiyenik vəziyyətə məsul şəxslərinin iştirak etdiyi tədbir diskussiya xarakterli olub, iştirakçıların sualları cavablandırılıb. 23 nəfərin yararlandığı seminarın sonunda komitə tərəfindən hazırlanmış broşürlər iştirakçılara paylanılıb.

Nəşr edilib : 06.11.2024 16:27