NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Komitə tərəfindən növbəti maarifləndirici seminar keçirilib

...

Uşaq müəssisələrində sanitar-gigiyenik vəziyyətlə bağlı Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilən maarifləndirici seminarlar davam etdirilir. Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi çərçivəsində növbəti seminar Babək şəhərində keçirilib.
Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Şəfa Babayeva, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Gülər Əhmədova, Babək Rayon Təhsil Şöbəsinin əməkdaşı Gülşən Həsənli, “Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidməti”nin Naxçıvan Regional Mərkəzinin direktoru Adil Novruzov çıxış edərək uşaq müəssisələrində sanitar-gigiyenik vəziyyətin daim nəzarətdə saxlanmasının əhəmiyyətini qeyd ediblər. Çıxışlar zamanı uşaq sağlamlığının qorunmasının dövlətin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biri olduğu, Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinin pozulmasına görə məsul olan şəxslərin hüquqi məsuliyyət daşıdıqları diqqətə çatdırılıb.
Babək rayonunda fəaliyyət göstərən dövlət uşaq müəssisələrində sanitar-gigiyenik vəziyyətə məsul şəxslərin iştirak etdiyi tədbir diskussiya xarakterli olub. 40 nəfərin yararlandığı seminarın sonunda iştirakçıların sualları cavablandırılaraq broşürlar paylanılıb. 

Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 20.09.2024 11:55