Şəhid olmağı özünə şərəf bildi
12:12 23.11.2024
0
0
0
NAXÇIVAN :
23 Noyabr 2024, Şənbə
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar "Təbliğat-100" layihəsi çərçivəsində ailə məsələləri ilə bağlı təbliğat və maarifləndirmə tədbirləri davam etdirilir. Növbəti dəfə “Muxtariyyətin zəhmətkeş ailəsi” layihəsi çərçivəsində Culfa rayonunun Milax kəndində uzunömürlü, nümunəvi, zəhmətkeş Qəribovlar ailəsi ilə görüş keçirilib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşları, “Ailə könüllüləri” zəhmətkeş ailənin üzvləri, 54 ildir, evli olan Qəribov Vahid Cəmaləddin oğlu və Qəribova Bəsti Məhəmməd qızının qonağı olublar.
Uzunömürlü ailə ilə görüşdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Könül Babayeva və Culfa Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Nurlan Quliyev Qəribovlar ailəsinin timsalında ailə dəyərlərimizin qorunub saxlanılmasından və gələcək nəsillərə ötürülməsindən danışıblar. Bildirilib ki, evliliklərinin 54 illiyi tamam olan uzunömürlü, zəhmətkeş ailənin başçısı 1942-ci il təvəllüdlü Vahid Qəribov uzun illər öz doğma kəndində müəllim işləyib, ailəsinin qayğısına qalaraq, 11 övlad böyüdüb, 22 nəvə, 5 nəticə sahibidir. Onun ömür-gün yoldaşı 1953-cü il təvəllüdlü Bəsti Qəribova qayğıkeş ana kimi vətənpərvər övladlar yetişdirib. Bu ailənin bir övladı 1-ci Qarabağ müharibəsində, 1992-ci ildə Ağdamın Mərzili kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
“Ailə könüllüləri”nin iştirak etdiyi görüşdə o da vurğulanıb ki, uzunömürlü, nümunəvi və zəhmətkeş ailələrin həyatı və dəyərləri gənc nəsil üçün ilham mənbəyidir. Görüş zamanı ailənin həyat təcrübəsi, əmək və ailə dəyərlərinə bağlılığı, çətinliklərin öhdəsindən necə gəldikləri barədə çıxışların edilməsi, gənclərə motivasiya verir və cəmiyyət üçün dəyərli mesajlar ötürür.
Uzunömürlü, zəhmətkeş ailənin üzvləri, şəhid valideynləri Qəribov Vahid Cəmaləddin oğlu və Qəribova Bəsti Məhəmməd qızı nümunəvi ailə olmaqla milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini qeyd ediblər.
Tədbirin sonunda komitə tərəfindən Qəribovlar ailəsinə hədiyyə təqdim edilib.
Digər xəbərlər