Naxçıvanda “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəy...
23:42 21.12.2024
0
0
0
NAXÇIVAN :
22 Dekabr 2024, Bazar
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar "Təbliğat-100" layihəsi çərçivəsində ailə məsələləri ilə bağlı təbliğat və maarifləndirmə tədbirləri davam etdirilir.
Növbəti dəfə “Muxtariyyətin zəhmətkeş ailəsi” layihəsi çərçivəsində Naxçıvan şəhərində uzunömürlü, nümunəvi, zəhmətkeş Əliyevlər ailəsi ilə görüş keçirilib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşları, “Ailə könüllüləri” zəhmətkeş ailənin üzvləri, 50 ildir evli olan Əliyev Nadir Nəcəf oğlu və İsmayılova Mahirə Teymur qızının qonağı olublar.
Uzunömürlü ailə ilə görüşdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Könül Babayeva və Naxçıvan Şəhər İcra Hakimiyyətinin sektor müdiri Aysel Məmmədova Əliyevlər ailəsinin timsalında ailə dəyərlərimizin qorunub saxlanılmasından və gələcək nəsillərə ötürülməsindən danışıblar. Bildirilib ki, evliliklərinin 50 illiyi tamam olan uzunömürlü, zəhmətkeş ailənin başçısı 1940-cı il təvəllüdlü Nadir Əliyev uzun illər dövlət qulluğunda çalışıb, ailəsinin qayğısına qalaraq, 2 övlad böyüdüb, 4 nəvə sahibidir. Onun ömür-gün yoldaşı 1948-ci il təvəllüdlü Mahirə İsmayılova həm qayğıkeş ana, həm də metodist-müəllim kimi gələcəyin vətənpərvər övladlarını yetişdirib.
Uzunömürlü, zəhmətkeş ailənin üzvləri, Əliyev Nadir Nəcəf oğlu və İsmayılova Mahirə Teymur qızı nümunəvi ailə olmaqla milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini qeyd ediblər.
Digər xəbərlər