Mir Cəlal Paşayevin doğum gününə həsr olunmuş ədəb...
20:30 29.04.2026
0
0
0
29 dekabr 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə M.Füzuli adına Ordubad şəhər tam orta internat məktəbində görüş keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, muxtar respublikada yaşayan bütün kateqoriyadan olan uşaqlara, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət və qayğı göstərilir. Onların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştiraklarını təmin etmək məqsədilə mühüm tədbirlər həyata keçirilir. Ramilə Seyidova vurğulayıb ki, uşaqlara göstərilən diqqət və qayğının nəticəsində muxtar respublikada dövlət uşaq müəssisələrində valideynləri tərəfindən tərk edilmiş, məktəbdən yayınan, erkən nikaha və cinayət məsuliyyətinə cəlb olunmuş uşaq yoxdur. Komitə sədri sonda uşaqlara təhsil həyatlarında müvəffəqiyyətlər, gələcək həyatlarında uğurlar arzulayıb, əlamətdar gün münasibətilə uşaqları təbrik edib.
Daha sonra M.Füzuli adına Ordubad şəhər tam orta internat məktəbinin direktoru Məzahir Xəlilov çıxış edərək bu cür tədbirlərin əhəmiyyətindən bəhs etmiş, dövlətimizə uşaqlara göstərdiyi diqqət və qayğıdan ötrü öz minnətdarlığını bildiribdir.
Tədbirin sonunda komitə tərəfindən təhsil və təlim tərbiyə işlərində fərqlənən 23 nəfər uşağa hədiyyə və şirniyyat bağlaması, o cümlədən 2025-2026-cı tədris ilində təhsil sahəsində fərqlənən 13 uşağa diplom və məktəbin 10 nəfər sosial xidmət işçisinə təşəkkürnamə təqdim olunmuş və xatirə şəkli çəkilib.
Digər xəbərlər