Kazım Hüseynəliyev: Naxçıvanda tekstil sənayesi ye...
13:06 30.06.2026
0
0
0
NAXÇIVAN :
30 Iyun 2026, Çərşənbə axşamı
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan hərbi əməliyyatlarda hər bir zabitin və əsgərin taleyi real vaxt rejimində izlənilirdi. Nizami ordu birləşmələri dəqiq plan üzrə hərəkət edirdi, kəşfiyyat məlumatları gizli kanallarla əməliyyat qərərgahlarına ötürülürdü və müasir raket-artilleriya sistemlərindən, pilotsuz uçuş aparatlarından istifadə olunması məsafəli döyüşləri mümkün edirdi. Nəticədə Azərbaycan əsgərinin birbaşa hücum xəttinə və qeyri-müəyyən şəraitlərə düşməsinə yol verilmirdi, əlaqəsiz və xaotik hərəkətlərin qarşısı alınırdı, çətin relyefdə başıpozuqluğa yer qalmırdı.
"Şərq qapısı" xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc iyunun 30-da Bakıda “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edərkən deyib.
Onun sözlərinə görə, birinci Qarabağ savaşından sonra 4000 azərbaycanlı itkin yarandısa, Vətən müharibəsindən sonra itkin və əsir düşənlər barmaqla sayılırdı. Çünki bilavasitə döyüşlər zamanı yaranan kritik vəziyyətlər qısa vaxtda həll edildi. Beləliklə, ikinci Qarabağ müharibəsindən sonra əsir və itkin düşən şəxslər səhifəsi qalmadı: "Zəfərdən sonra azad edilən ərazilərdə axtarış işləri başladı. Kəlbəcərin Başlıbel kəndi, Xocalının Fərrux yüksəkliyi kütləvi məzarlıq yerlərinin ünvanına çevrildi. İkinci Qarabağ müharibəsinin ən böyük humanitar nəticələrindən biri də 90-cı illərin qaranlıq səhifələrini və itkin düşən minlərlə insanın taleyini aydınlaşdırmasıdır - təkcə işğala yox, həm də 30 ildən artıq cisimləri Vətən torpağına qarışan insanlar dövlətinə, xalqına və ailələrinə qovuşur", - deyə komitə sədri vurğulayıb.
Digər xəbərlər