Yeni qanun kimlərə dövlət qulluğu vəzifəsini tutma...
12:49 25.09.2026
0
0
0
NAXÇIVAN :
25 Sentyabr 2026, Cümə
Müdafiə Nazirliyinin hərbi qulluqçularına münasibətdə təklif edilən layihə qəbul edildikdən sonra pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq. Bununla da şəxsin hərbi xidmətdən tərxis olunduğu günə təminat xərcliyi barədə qurumdan məlumatların təqdim olunması zərurəti olmadan fərdi şəxsi hesabında qeydə alınmış pensiya kapitalı və tutmuş olduğu rütbə əsas götürülməklə pensiya məbləği formalaşacaq.
"Şərq qapısı" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında", "Hərbi qulluqçuların statusu haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli və "Diplomatik xidmət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edərkən deyib.
O bildirib ki, sığorta mexanizmi gücləndirilməklə fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalına əsasən onlar üçün ümumi əsaslarla pensiya təyin edilərək ödənilməsi davam edəcək. Eyni zamanda, pensiya məbləği ilə yanaşı, indiki qanunvericilikdə nəzərdə tutulmuş əmək pensiyalarına qulluq stajına görə əlavə deyil, aylıq pensiya əlavəsi təyin ediləcək.
“Aylıq pensiya əlavəsinin məbləği hər rütbələr üzrə müəyyən olunacaq. Müdafiə Nazirliyinin hərbi qulluqçularının sosial təminatında qeyri-bərabərlik ortadan qalxacaq. Mövcud qanunvericiliyə uyğun olaraq ordumuzun hərbi qulluqçularının pensiya təminatında xüsusi güzəştlər müəyyən edilib və bu yanaşma aparılan islahat çərçivəsində də qorunub saxlanılıb. Bu məqsədlə layihədə şərti pensiya kapitalı mexanizmi öz əksini tapıb. Yeni mexanizm sözügedən hərbi qulluqçuların pensiya kapitallarını optimallaşdırmağa və onlara əmək pensiyasının məhz bu şərti pensiya kapitalı nəzərə alınmaqla daha səmərəli şəkildə təyin edilməsinə imkan verəcək”, - deyə komitə sədri vurğulayıb.
Digər xəbərlər