ABŞ, Ermənistan və Azərbaycan Ağ Evdə təşkil olunm...
22:37 10.08.2026
0
0
0
Kolumbiyada baş verən zəlzələ nəticəsində 111 nəfər ölüb.
"Şərq qapısı" xarici mediaya istinadla xəbər verir ki, bu barədə ölkənin Prezidenti Abelardo de la Espriella məlumat verilib.
Həmçinin bildirilib ki, zəlzələ ilə əlaqədar Kolumbiyada fövqəladə vəziyyət elan edilib və dağıntılar altında qalan insanların axtarışına başlanılıb.
20:57
Kolumbiyada baş verən zəlzələ nəticəsində azı 55 nəfər həlak olub.
"Şərq qapısı" xəbər verir ki, bu barədə BluRadio məlumat yayıb.
Bildirilib ki, ən çox ölü ölkənin Valle del Cauca departamentindədir. Burada ölənlərin sayı 27-dir.
19:41
Kolumbiyada baş verən güclü zəlzələ nəticəsində bir sıra şəhərlərdə binaların dağıldığı, insanların öldüyü və xəsarət aldığı bildirilir.
"Şərq qapısı" BBC-yə istinadla xəbər verir ki, ölkənin Geologiya Xidmətinin məlumatına görə, 7,4 maqnitudalı zəlzələ yerli vaxtla saat 07:34-də (Qrinviç vaxtı ilə 12:34) ölkənin Çoko vilayətində 103 kilometr dərinlikdə baş verib.
Məlumata görə, hadisə zamanı 30-a yaxın insan ölüb, yaralılar var.
Zəlzələ episentrdən yüzlərlə kilometr şərqdə yerləşən paytaxt Boqotada da hiss olunub və burada bir neçə binanın sakinləri təxliyə ediliblər.
Kali şəhərinin meri azı 20 binaya zərər dəydiyini diqqətə çatdırıb.
Ölkənin aviasiya qurumu Pereyra, Manizales, Kibdo, Armenia, Kartaqo və Buenaventura şəhərlərindəki hava limanları da daxil olmaqla, bir sıra regional hava limanlarında zərərin qeydə alındığını açıqlayıb.
Digər xəbərlər