NAXÇIVAN :

13 Avqust 2026, Cümə axşamı

Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 265-ə çatıb

...

Kolumbiyada baş verən güclü zəlzələ nəticəsində azı 265 nəfər həlak olub, 496 nəfərin itkin düşdüyü bildirilir.

"Şərq qapısı" xəbər verir ki, bunu ölkə Prezidenti Abelardo de la Espriella son vəziyyətlə bağlı açıqlamasında deyib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 3494 nəfər xəsarət alıb. Bundan başqa, 11 min 347 ev dağılıb, 53 min 526 evə ziyan dəyib, 140 bina uçub. Ümumilikdə 179 tibb müəssisəsinin konstruksiyalarına zərər dəyib.

Qeyd edək ki, avqustun 10-da Kolumbiyanın qərbində, Çoko departamentində yerləşən San-Xose-del-Palmar şəhəri yaxınlığında 7,4 maqnitudalı zəlzələ baş verib. Zəlzələdən sonra axtarış-xilasetmə işləri davam etdirilir.

Nəşr edilib : 13.08.2026 06:05