NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

“Kitab və mütaliənin mənəvi inkişafımızda rolu” mövzusunda oxucularla Mütaliə günü ilə bağlı tədbir keçirilib

...

A. Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında 13 sentyabr 2024-cü il tarixdə “Kitab və mütaliənin mənəvi inkişafımızda rolu”  mövzusunda oxucularla Mütaliə günü ilə bağlı tədbir keçirilib
Tədbiri əvvəlcə kitabxananın direktoru Ruzi Süleymanov açaraq qeyd edib ki, bu gün cəmiyyətdə insan amilinin formalaşmasında, fərdin şəxsiyyətə çevrilməsində mədəniyyətin tərkib  hissəsi olan kitab və kitabxanaların rolu böyükdür. Çünki kitabxanalar milli mədəni sərvətlərin qorunub saxlamasında və gələcək nəsillərə ötürülməsində, insanların təfəkkür səviyyəsinin formalaşmasında, elmli, intellektli gənc nəslin yetişməsində böyük rol oynayır.
Sonra kitabxananın Xidmət şöbəsinin böyük kitabxanaçısı Zərri Məmmədova “Kitab və mütaliənin mənəvi inkişafımızda rolu” adlı çıxışında bildirib ki, kitabın bəşər tarixinə verdiyi fayda, insanlığa göstərdiyi xidmət heç bir əmsalla ölçülə bilməz. Kitab müxtəlif insanların düşüncələrini vəhdət halında birləşdirən və onlar arasında sıx ünsiyyət yaradan mənəvi körpüdür.
Sonda videoslayta baxış keçirilib.

Nəşr edilib : 13.09.2024 17:56