Bahar Muradova Nyu-Yorkda macarıstanlı həmkarı ilə...
22:31 11.03.2025
0
0
0
Keniyada yüngül təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.
"Şərq qapısı" Sinxua agentliyinə istinadla xəbər verir ki, təyyarə Nayrobidəki Vilson limanından havaya qalxdıqdan bir saat sonra qəzaya uğrayıb.
Bölgə polisinin rəisi qəzanın səbəbinin hələlik məlum olmadığını, lakin ərazidəki dumanın qəzaya səbəb ola biləcəyini bildirib. O, araşdırma üçün hadisə yerinə aviasiya mütəxəssislərinin cəlb olunduğunu söyləyib.
Səlahiyyətlilər təyyarənin “Farmland Aviation Limited” şirkətinə məxsus olduğunu bildiriblər.
Digər xəbərlər