NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Kəngərli rayonunda vətən şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib

...

Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

“27 Sentyabr - Anım Günü” ilə bağlı Kəngərli Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatı, hüquq - mühafizə orqanları, rayonunun idarə, müəssisə və təşkilatları tərəfindən rayonda yerləşən Şəhidlər Abidə Kompleksi ziyarət edilərək önünə gül dəstələri düzülüb.

Daha sonra qəsəbə və kəndlərdə I və II Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət olunmuş, üzərinə gül dəstələri qoyularaq ruhlarına dualar oxunmuş, ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına canlarından keçən şəhidlərimiz dərin ehtiramla yad edilib.

Nəşr edilib : 27.09.2024 17:32