Antalya Diplomatiya Forumu və Azərbaycanın qlobal ...
17:40 20.04.2026
0
0
0
Martın 19-da Kəngərli Rayon İcra Hakimiyyətinin və Mədəniyyət Sektorunun birgə təşkilatçılığı ilə xalqımızın qədim tarixini, zəngin milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramına həsr olunmuş tədbir təşkil edilib.
"Şərq qapısı" xəbər verir ki, tədbirin aparıcıları çıxış edərək bildiriblər ki, xalqımızın ən əziz, ən sevimli milli bayramı olan Novruz bayramı ulu əcdadlarımızdan bizə qalmış mirasdır.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü naminə canlarını fəda etmiş igidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Qeyd olunub ki, Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmiş və bu gün həmin ərazilərdə də Novruz bayramı böyük təntənə ilə qeyd olunur. Artıq bayram tonqalları mədəniyyət beşiyimiz olan Şuşa, Xankəndi, Cəbrayıl, Xocalı və bütövlükdə, Qarabağda alovlandırılır.
Çıxışlarda vurğulanıb ki, məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində Novruz bayramı respublika miqyasında geniş və təntənəli şəkildə qeyd olunmağa başlanılıb. Ümummilli Lider Novruz bayramını xalqımızın əsrlərboyu qoruyub saxladığı, milli kimliyimizi və mənəvi dəyərlərimizi yaşadan mühüm bayram kimi dəyərləndirib.
Bayram tədbirində el ağsaqqalı Dədə Qorqud xalqımıza xeyir-dua verərək, xoş arzularını çatdırmışdır. Keçəl, Kosa və Bahar qızı şənliyə qatılan qonaqları salamlayaraq öz maraqlı çıxışları ilə bayram əhvali-ruhiyyəsi yaradıb. Tədbir çərçivəsində rəqs kollektivlərinin və musiqiçilərin ifasında baharın gəlişini tərənnüm edən musiqilər səsləndirilib, rəqs nümunələri nümayiş olunub.
Digər xəbərlər