Muxtar respublika ərazisində qarlı və şaxtalı hav...
12:38 23.02.2025
0
0
0
Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri Kəngərli Rayon Mədəniyyət Sarayında konsert proqramı ilə çıxış edib.
"Şərq qapısı" xəbər verir ki, orkestrin bədii rəhbəri və dirijoru, Prezident mükafatçısı Cahangir Qurbanovun rəhbərliyi ilə keçirilən konsertdə Azərbaycan Respublikasının Əməkdar artistləri – Gülyanaq Fərzəliyeva, Tural Nəcəfov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti – Ruhiyyə Hüseynova, Prezident mükafatçısı İlkin Abdullayev və Əfsanə Babayeva ifalarında “Cəngi”, “Zəfər himni”, “Azərbaycan”, “Bir xumar baxışlı”, “Aşıq sayağı” və digər musiqi nömrələri təqdim olunub.
Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, Naxçıvan Dövlət Filarmoniyasının tərkibində fəaliyyət göstərən digər kollektivlər də muxtar respublikanın müxtəlif rayonlarında konsert proqramları ilə çıxış edəcəklər.
Digər xəbərlər