Naxçıvanda ictimai iaşə müəssisəsində yoxlama zama...
17:42 21.04.2026
0
0
0
“Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsi və “Əməyin mühafizəsi” publik hüquqi şəxsin Naxçıvan filialının birgə təşkilatçılığı ilə Kəngərli rayonunda növbəti maarifləndirici təlim baş tutub. Tədbirin əsas məqsədi regionda təhlükəsiz əmək mühitinin formalaşdırılmasına dəstək göstərmək və əməkdaşların bu sahədə bilik və bacarıqlarını artırmaq olub.
Təlimdə çıxış edən “Əməyin mühafizəsi” PHŞ-nin Naxçıvan filialının müdiri Ruslan Ələkbərov əmək təhlükəsizliyinin təmin edilməsində əsas fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. O, təhlükəsiz əmək mühitinin yaradılmasının işçilərin sağlamlığı və istehsal prosesinin davamlılığı baxımından vacibliyini vurğulayıb.
“Əməyin mühafizəsi” publik hüquqi şəxsin Naxçıvan filialının əməkdaşı Mahmud Rzalı isə əməyin mühafizəsi sahəsində təlimatların əhəmiyyətindən danışıb. O, iş prosesində fərdi mühafizə vasitələrindən düzgün istifadə olunmasının, həmçinin növbədənkənar təlimatların keçirilməsinin təhlükəsizlik baxımından xüsusi rol oynadığını diqqətə çatdırıb.
Diskussiya və sual-cavab formatında davam edən təlimdə Kəngərli rayonu üzrə 32 məsul əməkdaş iştirak edib. Tədbir iştirakçıları gündəlik fəaliyyətlərində əməyin mühafizəsi qaydalarına əməl etməyin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, bu tip maarifləndirici təlimlərin digər rayonlarda da keçirilməsi nəzərdə tutulur. Təlimlər regionda təhlükəsiz iş mühitinin formalaşdırılması, əmək intizamının yüksəldilməsi və istehsalatda risklərin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Digər xəbərlər