Türkiyə XİN: Kipr məsələsinin ədalətli həlli yalnı...
23:33 31.01.2025
0
0
0
NAXÇIVAN :
01 Fevral 2025, Şənbə
Yanvarın 31-də Kəngərli Rayon Mədəniyyət Sarayında 2 fevral – Gənclər Günü ilə bağlı tədbir keçirilib.
Tədbirdən əvvəl Mədəniyyət Sarayının foyesinde gənclərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxışı zamanı qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin əsas məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam, milli dəyərlərimizə sadiq gənclər kimi yetişməsi, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdən ibarətdir.
Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biri idi. Ümummili Lider vurğulayırdı: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir”.
Vətən müharibəsi iştirakçısı, qazi Şakir Babayev çıxışı zamanı vurğulamışdır ki, Ulu Öndərimizin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur. Bu da Ulu Öndərin gənc nəsli Azərbaycanın uğurlu sabahı naminə səfərbər edən siyasətinin nəticəsi idi. Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi.
Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənc nəslin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir. Azərbaycan gəncləri azad ölkədə yaşayır, sabitlik olan ölkədə yaşayır, özünə güvənən ölkədə yaşayır. Gənclər öz gələcək həyatını düzgün müəyyən etmək və dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar.
Daha sonra 2 fevral – Gənclər Günü ilə bağlı videoçarx nümayiş olunmuş, rayonun ictimai-siyasi həyatında fəal olan bir qrup gəncə hədiyyələr təqdim olunub.
Tədbir Mədəniyyət Şöbəsinin hazırladığı konsert proqramı ilə davam etdirilib.
Digər xəbərlər