NAXÇIVAN :

23 Fevral 2025, Bazar

Kəngərli rayon Yeni Kərki kəndindən kənar, açıq ərazidə hərbi sursatlar aşkar edilib

...

Polis əməkdaşları tərəfindən Kəngərli rayon Yeni Kərki kəndindən kənar, açıq ərazidə hərbi sursatlar aşkar edilib
"Şərq qapısı" xəbər verir ki, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 82 mm-lik minaatan minası və 1 ədəd 76 mm-lik top mərmisi olduğu müəyyən edilib.
Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Nəşr edilib : 18.02.2025 16:04