NAXÇIVAN :

07 Yanvar 2025, Çərşənbə axşamı

Kəmaləddin Heydərov Qazaxıstan FHN-in bir qrup əməkdaşını təltif edib

...

2024-cü ilin dekabrın 25-də “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Bakı-Qroznı istiqamətində uçan təyyarəsinin Qazaxıstanın Aktau Beynəlxalq Hava Limanı yaxınlığında qəzaya uğraması ilə əlaqədar aparılan qəza-xilasetmə əməliyyatında iştirak etmiş Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən təltif olunub.
Bu barədə FHN-dən bildirilib.
Belə ki, nazirin imzaladığı müvafiq əmrə uyğun olaraq adları aşağıda göstərilən qazaxıstanlı xilasedicilər "Əməkdaşlığa görə" döş nişanı ilə təltif ediliblər:
- Seytalin Azamat Serikoviç
- Aminov Timur Vladimiroviç
- Aydarov Kani Manapoviç
- Karayev Sayasat Musayeviç
- Kenjeqaliyev Majit Serikbayeviç
- Kulxanov Azımbek Şındauletoviç
- Kuzembayev Erbol Axmetoviç
- Mendibayev Naurızbek Erlanulı
- Nuqumanov Ardak Koyşibekoviç
- Tleuberqenova Ayman Mınbayevna

Nəşr edilib : 05.01.2025 21:48