NAXÇIVAN :

28 Avqust 2026, Cümə

Kəlbəcərə dolu yağıb

...

Avqustun 28-də günorta radələrində Kəlbəcər rayonuna dolu yağıb.

"Şərq qapısı" xəbər verir ki, təbiət hadisəsi rayon mərkəzi, İstisu qəsəbəsi və Alagöllər ərazisində müşahidə edilib. İntensiv yağışla müşahidə olunan dolunun diametri Kəlbəcər şəhərində 10–12 mm, digər ərazilərdə isə 15–20 mm olub.

Nəşr edilib : 28.08.2026 18:21