Tokayev Trampı Qazaxıstana səfərə dəvət edib...
23:30 12.09.2026
0
0
0
Kəlbəcər şəhər parkının layihələndirilməsi artıq yekunlaşıb və onun tikintisinə gələn il başlanılması nəzərdə tutulur.
"Şərq qapısı" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev deyib.
O bildirib ki, şəhərdə inzibati binanın da layihələndirilməsi nəzərdə tutulub.
Bəşir Hacıyev qeyd edib ki, Kəlbəcərdə bərpa-quruculuq işləri mərhələli şəkildə davam etdirilir və yeni layihələrin icrası zamanı texniki məsələlərə xüsusi diqqət yetirilir.
Xüsusi nümayəndə əlavə edib ki, Kəlbəcər sakinlərinin şəhərə mərhələli qayıdışı da davam edir. Hazırda şəhərdə 162 ailə məskunlaşıb.
Digər xəbərlər