NAXÇIVAN :

06 Iyun 2025, Cümə

Kazım Hüseynəliyev: "Sahibkarlar kənd təsərrüfatı sahəsində inkişafın lokomotividir"

...

"Kənd təsərrüfatı ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da əsas prioritet sahələrdəndir". 
"Şərq qapısı" xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev “Orqanik və dayanıqlı kənd təsərrüfatı: ekoloji tarazlıq və davamlı inkişaf” mövzusunda I respublika elmi konfransında çıxışı zamanı bildirib.
“2024-cü ildə Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsulun əhəmiyyətli hissəsi özəl sektorun payına düşüb və sahibkarlar iqtisadi inkişafın lokomotivi kimi çıxış edirlər. Kənd təsərrüfatı sahəsində də kiçik və orta sahibkarlığın rolu önəmlidir”, – deyə Kazım Hüseynəliyev əlavə edib.

Nəşr edilib : 04.06.2025 19:56