NAXÇIVAN :

19 Aprel 2025, Şənbə

Kavelaşvili Sahibə Qafarova ilə Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığı müzakirə edib

...

Gürcüstan Prezidenti Mixail Kavelaşvili Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Ölkələrimiz arasında tarixən möhkəm dostluq, həmçinin Gürcüstan və Azərbaycanın strateji tərəfdaşlığının əsas istiqamətləri barədə danışdıq. Görüş zamanı parlamentlərin səmərəli əməkdaşlığını vurğuladıq və bu tərəfdaşlığın daha da dərinləşdirilməsi ilə bağlı perspektivləri müzakirə etdik", - o vurğulayıb.

Nəşr edilib : 16.04.2025 17:22