TDT-nin Baş katibi: Türk dövlətləri arasında səhiy...
11:38 13.06.2025
0
0
0
Naxçıvanda keçirilən karyera sərgisi gənclərin əmək bazarına inteqrasiyası üçün geniş imkanlar yaratmaqla yanaşı, media qurumlarının gələcək kadr potensialını müəyyənləşdirməsi baxımından da əlamətdar oldu. “Şərq qapısı” qəzetinin sərgidə iştirakı bu baxımdan mühüm nəticə ilə yadda qaldı.
Sərgi çərçivəsində gənclərlə aparılan müzakirələr və onların bu sahəyə olan marağı nəzərə alınaraq Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə III kurs tələbəsi Elnurə Cəfərova “Şərq qapısı” qəzetinin yarımştat müxbiri kimi fəaliyyətə başlayacaq. Qeyd edək ki, Elnurə daha əvvəl də qəzetlə əməkdaşlıq edib və ara-sıra yazıları ilə oxucuların görüşünə gəlib. Artıq bu əməkdaşlıq rəsmi xarakter alır və daha da genişlənir.
Gənc jurnalistin 104 illik tarixi olan “Şərq qapısı” kimi nüfuzlu mətbu orqanda fəaliyyətə başlaması onun gələcək karyerası üçün mühüm addım olacaq. Bu əməkdaşlıq həm Elnurənin peşəkar bacarıqlarının formalaşmasına, həm də regional medianın istedadlı gənc qələmlərlə zənginləşməsinə xidmət edəcək.
“Şərq qapısı” kollektivi olaraq hesab edirik ki, gənclərə dəstək olmaq, onların media sahəsində inkişafına şərait yaratmaq və jurnalistikanın davamlılığını təmin etmək üçün bu cür təşəbbüslər vacibdir. Məhz bu yanaşma gələcəyin peşəkar jurnalistlərinin yetişməsi üçün real zəmin yaradır.
Məlumat üçün bildirək ki, hazırda “Şərq qapısı” qəzetində Naxçıvan Dövlət Universitetinin müxtəlif ixtisaslarında təhsil alan 7 tələbə çalışır.
Digər xəbərlər